Ən gözəl və həyəcanlı yaşlarda ortaya çıxan Akne problemi
dermatoloqa olan müraciətlərin içərisində birinci yerdədir.
Əgər sən də bu sızanaqlar üzündən çirkinləşdiyini düşünür,
stresə girir, sızanaqları sıxma istəyini içindən ata bilmirsənsə
bu bloq tam sənlikdir.

Akne Nədİr?

Akne (sızanaq) ən çox yeniyetmələrdə görülən bir dəri problemidir. Akne, komedon (dəri rəngində və qara nöqtələr), papulopüstüler (qırmızı vəya ucu ağ rəng iltihablı qabarıqlıqlar), düyünlər-kistlər ( dəri içində ağrılı-ağrısız sərtliklər) şəklində görülür.

Gənclərin 85%-də görülür. Ən çox üz, kürək, qollar, sinə nahiyəsində ortaya çıxır. Qızlarda 10-17, oğlanlarda 14-19 yaşlarda başlayır. Yeniyetmə dövrü üçün xarakterik bir dəri xəstəliyi olsa da, 25 yaşından sonra da görülə bilər.

sizanaq

Necə yaranır?

Yağ vəzləri dəridə tük köklərinin olduğu follikula (soğanağa) boşalır, bunlar da poralar (gözənək) vasitəsilə dəriyə açılır. Folikuldakı keratinositlərin (divarındakı hüceyrələr) bayıra atıla bilməməsi gözənəkləri qapayır. Yağ vəzlərinin ifrazındakı artış nəticəsində bu ölü hüceyrələr bir birinə yapışır və tıxanma daha da artır. Sızanaq başlanğıcı olan komedonlar, dəri rəngində və qara nöqtələr bu şəkildə ortaya çıxır. Dəridə mövcud olan mikrobların (Propionibacterium acnes, Staphylococcus epidermidis ve Pityrosporum ovale) ifraz etdiyi bəzi maddələrin də prosesə qoşulması nəticəsində iltihab yaranır. Daha şiddətli sızanaqlar əmələ gəlir.

Təsİr edən faktorlar hansılardır?

Genetik faktorlar (yağ vəzi kanalında qalınlaşma ve kanalın bağlanmağa meylli olması), yeniyetmə dövründə artan yağ ifrazı (sebum), fiziki faktorlar (çəkilən yağlı kremlər, isti hava, tərləmədə artış, makyaj ve dəriyə uyğun olmayan təmizləyicilərin istifadəsi), bəzi dərmanlar, stres sızanaqların ortaya çıxmasına şərait yaradan faktorlardır. Aparılan araşdırmalar göstərir ki qidaların akneyə heç bir təsiri yoxdur. Ailəsində şiddətli akne problemi olanlarda aknenin daha sıx görüldüyü bildirilmişdir.

Başqa xəstəlİkdən yarana bİlərmi?

Menstrual (aybaşı) düzənsizlik, kişi tip tüklənmə (çənə, qarın, ve süd vəzi başı çevrəsində), kişi tip saç tökülməsi, kökəlmə kimi əlamətlər varsa, həmçinin akne müalicələrə cavab vermirsə o zaman bəzi hormon analizləri olunmalıdır. Qalan hallarda aknedə hər hansı analizə ehtiyac yoxdur. Aknenin hər hansı daxili orqan (mədə, bağırsaq,qaraciyər və s.) xəstəliyi ilə əlaqəsi yoxdur.

Akne İlə bağlı bİlİnən yanlışlar !!!

Əgər sızanaqlarınla savaşmaq istəyirsənsə,
"düşmənini" yaxşı tanımalısan !

  • Akne kİrdən qaynaqlanır. Üzümü tez-tez yusam yaranmaz

    XEYR!!! Kirlə əlaqəsi yoxdur. Üzü gün ərzində 1-2 dəfə uyğun təmizləyici ilə yumaq kifayətdir. Yoxsa dərini aşındıra bilərsiz.

  • Akne başqa bİrİndən mənə yoluxa bİlər

    XEYR!!! Akne yoluxucu bir xəstəlik deyil. Aknenin yaranmasında rol oynayan mikrob normalda hər kəsin dərisində var.

  • Yağlı yeyərsəm akne çoxalar

    XEYR!!! Aknenin yediyiniz yağla bir əlaqəsi yoxdur.

  • Aknelİ İnsan makyaj etməməlİdİr

    XEYR!!! Makyajlı yatmamaq şərtilə yağsız (su əsaslı), çox da qalın olmayan kosmetika istifadə edə bilərsiz.

Uzman Dermatoloq-Kosmetoloq Lalə MEHDİ

Dəri, saç və dırnaq xəstəlikləri, kosmetologiya, dermatocərrahiyə üzrə Uzmanlıq təhsilini 2011-15 illərdə İstanbul Tibb fakultəsində (Çapa) almışdır. Hal hazırda Baku Medikal Plaza mərkəz filialında çalışır. Tel: (050) 444 3376

AKNENİN MÜALİCƏSİ

Yüngül aknelerde sadəcə təmizləyici məhsullar ve kremler kifayət edərkən, orta-ağır dərəcəli aknedə və hormonal aknedə dərman istifadəsinə ehtiyac var. Hal hazırda aknenin müalicəsində topikal və sistemik vasitələr istifadə olunur.

  1. Topikal müalicə: Komedolitiklər (azelaik asit, retinoik asit, benzoil peroksit, salisilik asit ve s.), antibiyotiklər (tetrasiklin, nadifloksasin, klindamisin, sodyum sulfasetamid,azitromisin) veya bunların kombinasiyaları. Bu dərmanlar dermatoloq nəzarətində istifadə olunmalıdır.
  2. Sistemik müalicə: Antibiotiklər (azitromisin, tetrasiklin) ve vitamin A törəməsi olan izotretinoin. Bu dərmanların necə və nə qədər istifadəsinə dermatoloq qərar verməlidir.

  3. İzotretİnoİn müalİcəsİ

    İzotretinoin (Roàccutané®, Zoretanin®, Aknetrent®) bütün akne formalarına effektiv təsiri olan bir müalicədir. Müalicədən sonra çox xəstədə tam sağalma görülür və təkrarlama az hallarda baş verir.

    ROÀCCUTANÉ®

    ROÀCCUTANÉ®, izotretinoin tərkibli, kimyəvi quruluşuna görə A vitamininə oxşayan molekuldur. Bu dərman 1980 ilindən bəri Avropa ve Amerika daxil bütün dünyada geniş istifadə olunur. ROÀCCUTANÉ® bugünə qədər təqribən 12 milyona qədər akneli xəstədə müvəffəqiyyətlə istifadə olunmuşdur. Türkiyə'də 1995-ci ildən istifadə olunur.

    Kİmlərə təyİn olunur?

    Daha öncəki topikal, sistemik antibiyotik müalicələri ilə gözlənilən nəticə alınmayan şiddətli akneli xəstələrə təyin oluna bilər.

    Arzuolunmayan, Əlavə, yan təsİrlərİ nələrdir?

    Roàccutané® teratogen təsirə malikdir. Teratogen təsir o deməkdir ki, bu dərman hamilə bir xəstəyə verildikdə, xəstənin o hamiləlikdən doğulacak uşağında bir inkişaf qüsuru veya şikəstlik olabilər. Bu səbəbdən qadın xəstələr müalicə müddətində və müalicədən 3 ay sonra hamilə qalmamalı, hamiləlikdən qorunmalıdırlar. Bu period keçəndən sonra hər qadın hamilə qala bilər ve sağlam uşaqlar dünyaya gətirə bilər. Bu müddət ərzində kiməsə qan vermək də olmaz, çünki qanınız hamilə birinə köçürulsə o şəxs zərər görəcək.

    Müalicə müddətində dəridə, dodaqlarda, burnun selikli qişasında quruluq ola bilər. Bunun üçün nəmləndirici kremlər, günəş qoruyucular və burun spreyləri istifadə olunur. Yay mövsümündə dərmanın istifadə olunması məsləhət görülmür.

    İlk 1-2 ayda aknelərinizdə şiddətlənmə görülə bilər, daha sonra azalacaqdır.

    Effektiv olsa da bu müalicənin bir sıra əlavə təsirləri var. Belə ki, dəridə quruluq, qan yağlarında (lipidlər) artış, nadirən qaraciyərin funksional testlərində yüksəlmə görülə bilər. Bu səbəbdən doktorunuzun qərarıyla müəyyən fasilələrlə qan analizi verməlisiniz.

    Hansı analİzlər verİlməlİdİr?

    ROÀCCUTANÉ® müalicəsi planlanan xəstələrdə qandakı yağlar, qaraciyər və böyrəyin funksional testləri baxılmalıdır. Bu testlər başlanğıcda və 1-2 aylıq fasilələrlə müalicə müddətində baxılacaqdır.

Akne İlə bağlı çox verİlən suallar

Sizin də suallarınız varsa (+99450) 4443376
və ya acebook səhifəmizə yaza bilərsiniz

  • Bağırsağımda qurd var, tez tez qəbİz oluram, bunlar akneyə səbəb ola bİlərmİ?

    Aknenin hər hansı daxili orqan (mədə, bağırsaq, qaraciyər və s.) xəstəliyi ilə əlaqəsi yoxdur. Bu bir dəri problemidir. Dəri də bir orqandır. Necə ki böyrəkdə bir xəstəlik olanda bunu qaraciyərlə əlaqələndirmirik, bu dəri üçün də belədir.

  • Qİdalanma İlə akne arasında bİr əlaqə varmı?

    Aparılan araşdırmalarda akne ile qidalanma arasında birbaşa bir əlaqə görülməyib. Ancaq son zamanlarda yüksək qlisemik indeksi olan qidaların (kartof, ağ çörək, düyü, şəkər, meyvə suları, banan, qarpız ve digər qidalar) akneni şiddətləndirdiyini düşünülməktədir.

  • Aknenİ sıxmaq olarmı?

    Əlbəttə olmaz, akneni sıxmaq məsləhət görülmür. Qurcalanan aknedə iltihab yayıla bilər, qızarıqlıq arta biləcəyi kimi, iz qalma riski də artar.

  • Günəşİn akneyə təsİrİ varmı?

    Günəş işığı (ultrabənövşəyi şüa) aknenin şiddətini azaldır. Ancaq akne izlərinin qalıcı olmaması üçün dəri tipinə uyğun, yağsız günəşqoruyucu vasitələr istifadə olunmalıdır.

  • Akne nə zaman müalİcə olunmalıdır?

    Müalicəyə başlamaq üçün aknenin şiddətlənməsini gözləməyə ehtiyac yoxdur. Çünki şiddətli aknedə daha güclü müalicələr təyin olunur. Yüngül formada isə yerli istifadə olunan dərmanlar kifayət edir və şiddətlənmənin qarşısını alır.

  • Akne müalİcə edİlməsə nə olar?

    Aknenin xronikləşə bilməsi, özgüvəni azaltması, psixologiyaya mənfi təsir etməsi səbəbiylə müalicə tələb edən bir xəstəlikdir. Xüsusilə şiddətli akne, zamanında müalicə olunmasa üzdə arzuolunmaz izlər, çökəkliklər, çopurlar qalacaq. Və bunların müalicəsi aknenin müalicəsindən qat-qat çətindir.

  • Akne müalİcə olunduqdan sonra təkrar çıxa bİlərmİ?

    Əgər dəri yağlıdırsa təkrarlana bilər. Təkrarlanmasının qarşısını almaq üçün dərinin yağ balansını normal saxlayan təmizləyici vasitələr və yağsız kosmetika istifadə olunmalıdır.

  • Aknedən sonra İz qalmasının qarşısını necə almaq olar?

    Sızanaqlar heç vaxt sıxılmamalıdır. Amma dərin olanlar sıxılmasa belə iz buraxa bilər. Vaxtında, gec olmadan müalicə olunmalıdır. Və yağsız günəş qoruyucular istifadə olunmalıdır ki, qalan ləkələr daha da tündləşməsin.

  • Akne müalİcəsi edİrəm, hələ kİ, bİr dəyİşİklİk yoxdur. Nə edİm?

    Səbrli olun. Akne müalicəsi öz effektini 4-6-cı həftələrdə göstərməyə başlayır. Müalicəni yarımçıq saxlamayın və dermatoloqunuzun uyğun gördüyü şəkildə davam edin.

Diqqət!!!
Dermatoloq olmayan kəslər tərəfindən məsləhət görülən, elmi əsası olmayan metodlardan qaçının. Xüsusilə gözəllik salonlarında həyata keçirilən proseduraların müalicəedici təsiri olmadığı və hətta vəziyyəti daha da pisləşdirdiyi görülür. Düzgün şəkildə müalicə olunmaq və ən qısa müddətdə effekt almaq üçün dermatoloqa müraciət etməlisiniz.